Təbiət

Çoban itlərinin Şahı-Komondor

Macar gözətçi iti - Komondor digər itlərdən həm görünüşü, həm də digər xüsusiyyətləri ilə fərqlənir. Erkən yaşdan başlayaraq təlimə başlanılsa həmin it növü yaxşı reaksiya verər. Komondor bir çoban itidir. Onu "Macar çoban" da adlandırırlar.

 

Xarici görkəm cəhətdən bu it çox adi formadadır. Üzərindəki uzun iplər insanın üzündə təbəssüm yaradır. Komondor belə bir görkəminin olmasına baxmayaraq çox yaxşı görür, sanki həmin saçaqlar onun qoruyucu vasitəsidir. Bu it dünyanın ən bahalı beş it cinsindən biridir. Onun mükəmməl qoruyucu istedadı var. Bu it növü çox sevimli və sadiqdir.

 

Onunla yaşayan ailənin mükəmməl bir ev heyvanı və güvənverən gözətçisidir. Komondor güclü bir xarakterə malikdir və yaxşı qəlbə sahibdir.