Təbiət

Merkuri

Merkuri bizim Günəş sistemimizdəki Günəşə ən yaxın və ən kiçik olan planetdir. Bu planet yer tipli planetlərdəndir və Venera kimi onun da öz peyki yoxdur. Bu planet barədə ora zond göndərilənə qədər çox az məlumatımız vardı. MARİNER 10 Merkuriyə çatanda radarla və radioteleskopla müşahidələr apardı. Əvvəllər insanlar elə düşünürdülər ki, Merkurinin orbiti və öz oxu ətrafında fırlanması eynidir və 88 gün təşkil edir. Bu məsələ Yerlə Ay arasında olan məsələ kimi idi. Amma ora siqnallar göndəriləndən sonra məlum oldu ki, Merkurinin öz oxu ətrafında firlanması 58.7 gün təşkil edir və bu, planetin öz orbitinin 2/3-si deməkdir. Merkuri Yerlə Günəş arasında olduğundan günəş tutulması da baş verir.


Quruluşu
Merkuri dörd daş-qaya olan planetlərdən biridir. Bu, o deməkdir ki, planetin daxili Yer kimi çox möhkəmdir. Ekvatorunda 4879 km olan Merkuri digər dörd planetdən ən kiçiyidir. Merkurinin tərkibi 70% metaldan, 30% silikatlardan ibarətdir. Merkuri Günəş sistemimizdə sıxlığına görə Yerdən sonra ikinci sıradadır. Merkuri kiçik olduğundan onun tərkibi təbəqələrə bölünmür. Misal üçün: Yerin təbəqələri vardır, litosfer və s. Merkuridə isə təbəqələr gözə çarpmır. Amma onda nüvə vardır. Onun nüvəsi planetin böyük hissəsini təşkil edir və əsasən də dəmirdən ibarətdir. Bu isə sıxlığına görə çox möhkəm bir elementdir. Merkurinin 2.074 km ölçüsündə nüvəsi vardır. Bu nüvə planetin 85%-ni əhatə edir (Yerdə bu göstərici 17%-dir).

 

Geologiya və Planetin səthi


Merkurinin səthi daha çox Ayın səthinə bənzəyir. Ayda olduğu kimi buraya da çoxlu sayda meteoritlər, asteroitlər düşüb. Merkurinin kraterləri məhşurların adlarını daşıyır.


Günəş sistemimiz yaranan zaman burada toqquşmadan sonra əmələ gəlmiş iki nəhəng  krater bu gün də Kaloris (diametri 1.550 km) və Raxmaninovun (306 km) adını daşıyır. Onu da qeyd etmək lazımdır ki, burada kraterlərdən savayı uzunluğu yüz km-lərlə geniş düzənliklər, 1 mil hündürlüyündə qayalıqlar da vardır. Bu qayalıqlar planetin soyuması ilə əlaqədar yaranan dağlar, qayalıqlardır.


Merkurinin rəngi boza çalan qəhvəyi rəngə oxşayır. Parlaq cığırlar “krater şəfəqləri” adlanır. Asteroid və ya komet düşəndə belə xətlər yaranır. Bu daş-qaya parçaları planetin səthinə dəyəndə yüksək dərəcədə enerji ayrılır. Bu zaman yeri və qayalığı əzir və sıxlaşdırır, yerdə olan daş parçalarını dağıdıb uzağa atır. Onlar yerə düşdükcə planetin səthində cığır, xətt formasında iz qoyur. Xırda daşlar boyük daş-qayalara nisbətən daha güclü şəkildə radarlarda əks olunur. Ancaq bu xətlər vaxt keçdikcə ətraf mühitin təsirindən daha zəif əks olunmağa başlayırlar.


Planetdə hərarət ekstrimal şəkildə gah isti, gah da soyuqla əvəzlənir. Gün ərzində Merkuridə hərarət 430° qədər yüksəlir. Planetdə atmosfer olmadığı üçün planet istiliyi özündə saxlaya bilmir və buna görə də gecə vaxtı hərarət –180° enir.


Merkuri şimal və cənub qütblərində, əsasən də krater diblərində, eyni zamanda planetin daima qaranlıq qalan hissələrində su saxlaya bilər.


Merkurinin səthi Ayda olduğu kimi çoxlu sayda meteorit izləri ilə zəngindir. Cavan kraterlərin bir neçə milyon il yaşı vardır. Planetin səthində hərarət yüksək olduğundan ən qədim kraterlər erroziyaya məruz qalmışdılar. Merkurinin səthində hərarət gündüz 350°, gecə isə 170° təşkil edir.


Ay kimi Merkuri də meterorit tərəfindən bombardman olunub. Bu meteoritlərin qoyduğu izlərin yaşı hardasa 4000 milyon il bundan öncədir. Bu dövr ərzində planet vulkan cəhətdən aktiv idi və burada lavalar dənizlər, düzənliklər əmələ gətirmişdilər. Bu dənizləri ora göndərilən Mesencer (MESSENGER) adlı zond aşkara çıxarmışdır.


Burada olan düzənliklər yaş etibarı ilə iki cürədir; cavan düzənliklər meteorit yağışlarına az məruz qalmışlar. Bu planetin səthinin özəl cəhətlərindən biri də odur ki, lava qatlar əmələ gətirmişdir. Belə düşünmək olar ki, planetin daxili soyuyub və nəticə etibarı ilə səthdə deformasiyalar yaranmışdır. Bir də onu qeyd etmək lazımdır ki, bu kraterlər və düzənliklərdə olan lava qatları yaxın zamanlarda olmuşdur. Merkurinin səthi dəniz dalğasına bənzəyir. Bu forma günəşin təsirindən yaranan bir haldır və günəşin cazibə qüvvəsindən asılıdır. Dalğa effektinin gücü 17%-dir və Ayın Yerə təsirindən qat-qat çoxdur.


Merkurinin gözə çarpan bir şeyi də var ki, orda Kaloris adlı hövzə vardır. Bu hövzə kraterdən qalan bir izdir və günəş sistemimizdə tayı-bərabəri yoxdur. Bu nəhəng kraterin düz arxasında qəribə torpaq adlanan düzənliklər və dağ silsilələri vardır. Belə güman olunur ki, bu qəribə torpağın formalaşması Kaloris krateri ilə bağlıdır. Meteoritin güclü zərbəsi nəticəsində zərbə dalğası Kaloris kraterin arxa tərəfində, yəni planetin əks tərəfində səthi qabarmış və bunun nəticəsində dağ silsiləsi yaranmışdır.


Bu planetdə hərarətin yüksək olmasına baxmayaraq dəqiq müşahidələr orada buzun olması etimalını yaradır. Kraterlərin dibi, əsasən də qütblər günəşin düşmədiyi ərazilərdir. Buralarda hərarət çox aşağıdır. Donmuş su radarda çox yaxşı əks olunur. Bu isə bizə imkan verir ki, qütblərdə suyun olduğunu söyləyək. Belə fərz olunur ki, kraterlərin dibində olan suyun dərinliyi bir neçə metrdir. Onu qeyd etməliyik ki, radarda əks olunan maddələr tək su deyil, başqa sözlə, müasir elm əminliklə Merkuridə suyun olmasını demir, fərz edir. Bir də ki, su buraya düşmüş meteoritlərlə də gələ bilər.


Maqnitosfera
Merkurinin maqnetik sahəsi ekvatora görə yerini dəyişib. Baxmayaraq ki, Merkuridə maqnit sahəsi Yerin bir faizini təşkil edir və daha çox Günəş küləyin maqnetik sahəsinin təsiri altına düşərək onunla planetdə maqnetik tornado yaradaraq Günəşin plazmasını, ionlaşmış atomları planetin səthinə göndərir və orada olan neytral atomlar yuxarı, göyə atmağa başlayır.