Bu maraqlıdır!

Sepaktakrau

Sepaktakrau sözü malaziya dilindən tərcümədə sepak — “təpik”, takrau — “toxunma top” deməkdir.

 

Bu oyun haqqında ilk yazılı məlumatların tarixi 15-ci əsrə gedib çıxır. Müasir İndoneziya və Malaziya (Malaziya səltənəti) ərazisində aparılan qazıntılar nəticəsində əldə edilən salnamələr əsl məlumat qaynağıdır. Bu oyundan bəzi səhnələr məbədlərdəki freskalarda həkk olunub. Qeyd olunan tarix isə 1785-ci ildir. Elə bu səbəbdən bu oyunun təməlinin Tailandda və ya Malaziyada qoyulduğu düşünülür.

 

Oyunun ilkin variantı belə idi ki, oyunçular dairə şəklində sıraya düzülür, toxunma topu bir-birinə elə ustalıqla ötürürdülər ki, yerə düşməsin. Banqkokda Zümrüd Budda Məbədindəki freskalardan birinin üzərində həkk edilmiş şəkildə Tanrı Hanuman meymunlarla sepaktrav oynadığı yerdə təsvir edilib. Sepaktakrau — hərəkətli qrup oyunudur. Alçaqdan çəkilmiz tor ilə ayrılmış idman meydançasında oynanılır. Bu tordan rəqib komandalar bir-birinin sahəsinə ayaqları və başları ilə top atırlar. Oyunun əsas məqsədi — topun rəqib komandanın meydançasında yerə enməsidir. Voleyboldan fərqli cəhətləri bu oyunda əllərin ümumiyyətlə iştirak etməməsi, topun həcmcə kiçik olması və toxunmuş sintetik materialla üzlənməsidir. Oyunçular topu ayaqları, başları, bədənləri ilə ata bilərlər, sadəcə əlləri ilə deyil. Oyunun tabusu (qadağan olunmuşu) budur — topa nəinki iki əl, heç bir əl də, bir barmaq da toxunmamalıdır. Bu oyunun marağı da  elə bundadır.