Xəbərlər

“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi davam edir

Aprel ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi sahəsində vətəndaşların məlumatlılığını artırmaq və sağlam qidalanmanı təşviq etmək məqsədilə silsilə tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində məktəblilər arasında həyata keçirilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Belə layihələrdən biri də “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsidir. 


Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, rəsm müsabiqəsinə ölkəmizin bütün bölgələrindən maraqlı əl işləri daxil olmaqdadır.


Müsabiqəyə həsr olunan sərgi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçiriləcək. Qalib və iştirakçı məktəblilərə isə agentliyin xatirə hədiyyələri təqdim olunacaq.


Sərgidə iştirak edəcək rəsm əsərlərinin seçilməsində hər kəs iştirak edə bilər. Belə ki, hər kəs bəyəndiyi əl işlərinə münasibət bildirməklə qalibin seçilməsində pay sahibi ola bilər.