Xəbərlər

“YARAT”da “Bahar səsləri” adlı konsert olacaq

Mayın 6-da “YARAT” Müasir İncəsənət Mərkəzində G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdləri “Bahar səsləri” adlı konsert proqramı ilə çıxış edəcəklər.

 

AZƏRTAC xəbər verir ki, konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları olan ifaçılar bir-birindən parlaq ifalar səsləndirəcəklər.

 

Konsertdə 16 nömrəli musiqi məktəbi və “Damla” rəqs qrupu da iştirak edəcək.