Bu maraqlıdır!

Mavriki

Mavriki — Hind okeanının cənub qərbində yerləşən ada dövlət olub Şərqi Afrika regionuna daxildir. Mavriki dövləti Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir.


Mavrikinin paytaxtı - Port Luiz şəhəridir. Dövlət dili ingilis və fransız dilləridir.  Əvvəllər ölkə iqtisadiyyatında şəkər istehsalı üstünlük təşkil etsə də hazırda trikotaj tikiş müəssisələri əsas yer tutur. Xüsusilə yun trikotaj məmulatları istehsalına görə Mavriki dünyada 3-cü yerdədir.


Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub–Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. 


Həddindən çox gözəl təbiətə malik olan bu ölkədə vaxtilə Abel Tasman, Metru Flinders, Jan Laperuz, Çarlz Darvin kimi məşhur insanlar yaşayıb.


Mavriki adaları vulkanik mənşəli olub. Püskürmə çoxdan dayandığından eroziya adanın relyefini ciddi şəkildə düzləşdirib.


Hazırda adanın ən hündür yeri, cənub qərbində yerləşən və hündürlüyü 826m olan River Nyar pikidir. İndoneziya və ərəb dənizçilərinə məlum olan ada  haqqında məlumatı Avropalılara1510-cu ildə bura gəlmiş portuqallar çatdırıb. Daha sonra buranı işğal edən hollandlar adaya öz şahzadələri Mavrisus Oraiskinin şərəfinə onun adını veriblər.


Sonradan ada fransızların əlinə keçib və Napoleon müharibələri dövründə adanı ingilislər zəbt edib. 1810–cu ildən 1968–ci ilədək Mavriki İngiltərənin müstəmləkəsi olub. 1968–ci ilin martından etibarən isə müstəqil dövlətdir. 

 

Mavrikinin ən böyük şəhəri onun paytaxtı – Port–Luidir. Paytaxt daha çox Fransanın əyalət şəhərlərini xatırladır. Planetimizdə çox az yer tapılar ki, Port–Lui kimi kiçik bir ərazidə Asiya, Avropa və Afrika xalqları mədəniyyətinin, adət və ənənələrinin izləri qalmış olsun.