Xəbərlər

On altı yaşadək idmançılar arasında Respublika Şahmat Olimpiadası keçiriləcək

İyulun 12-də Qax Olimpiya İdman Kompleksində Respublika Şahmat Olimpiadası start götürəcək.

 

AZƏRTAC xəbər verir ki, yarışda 16 yaşadək şahmatçılar mübarizə aparacaqlar. İyulun 21-dək davam edəcək turnirdə 500-ə yaxın şahmatçı iştirak edəcək.

 

Respublika Şahmat Olimpiadasının baş hakimi Qüdrət İsmayılov olacaq.