Xəbərlər

Kukla Teatrına tələsin!

Bakı, 1 fevral, AZƏRTAC
 
 
Əziz uşaqlar! Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının fevral repertuarını təqdim edirik:
 
2 fevral - Karlo Kollodi. “Pinokkionun sərgüzəştləri”; 
3, 25 fevral – Mirmehdi Seyidzadə. “Cırtdan”, Tofiq Ağayev. “Qoçaq  Əhməd”;
4 fevral – Abdulla Şaiq. “Tıq-tıq və Taq-taqın nağılı”, rus xalq nağılı “Durnabalığı”;
9 fevral - Azərbaycan xalq nağılı “Ağ babanın nağılı”, Canni Rodari. “Çipollino”;
10 fevral - Samuil Marşak. “Pişiyin evi”, rus xalq nağılı “Durnabalığı”;
11 fevral - rus xalq nağılları “Turp”, “Qoğal”;  
16 fevral – Astrid Lindqren. “Karlson”; 
17 fevral - Leprens de Bomon. “Gözəl və bədheybət”, rus xalq nağılı “Qoğal”; 
18 fevral – Şarl Perro. “Qırmızı papaq”, Tofiq Ağayev. “Qoçaq Əhməd”;
23 fevral - rus xalq nağılı “Qoğal”; 
24 fevral – Kəmalə Ağayeva. “Göyçək Fatma”, rus xalq nağılı “Durnabalığı”.