Şeirlər

Mirmehdi Seyidzadə. “Alma”

Ağ alma, göyçək alma,
Açmısan çiçək, alma!
Bağda sənə baxmayıb,
Biz necə keçək, alma?!
Ağ alma, sarı alma,
Bağların barı alma.
Şirin, şəkər kimisən,
Bax mənə sarı, alma!
Ağ alma, qızıl alma,
Saplaqdan üzül, alma!
Bizə qonaq gələndə,
Boşqaba düzül, alma!