Xəbərlər

Fransada icbari təhsil üç yaşından başlayacaq

Fransa prezidenti Emmanuel Makron 2019-cu ildən etibarən təhsillə bağlı dəyişiklik ediləcəyini və icbari təhsil yaşının 6-dan 3-ə endirələcəyini açıqlayıb.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, uşaqların kiçik yaşlarından etibarən  təhsil almasının vacibliyini vurğulayan prezident, Fransa dəyərlərinin məktəb vasitəsilə onlara öyrədilməsinin əhəmiyyətini vurğulayıb. 


Qeyd edək ki, Fransada icbari təhsil 6 ilə 16 yaş arasındadır. Uşaqlara 6 yaşından etibarən icbari təhsil tələbi ilk dəfə 1882-ci ildə tətbiq olunub.