Təbiət

Qırmızı pipikli Turako

Qırmızı pipikli Turako (lat. Tauraco erythrolophus), rəngində həqiqi qırmızı və yaşıl rənglər olan yeganə quşdur. Turako quşunun lələklərini rəngləndirən piqmentlərdə (qırmızı piqment turbin və yaşıl turakoverdin) çoxlu miqdarda mis olduğuna görə lələyə düşən su damcısı qırmızı rəngə boyanır. Belə ki, əgər qırmızı lələyi bir stəkan suya salsaq, su qırmızı rəngə çevriləcək. Vaxt keçdikcə mis oksidləşməyə başladıqda isə qırmızı pipikli turakonun lələkləri daha dərin rəng almağa başlayır.


Erkək və dişi fərdlər arasında ölçü və rəng fərqi yoxdur. Qırmızı pipikli Turakonun bədən uzunluğu təqribən 40 sm-dir. 


Yalnız Afrika qitəsində,  Anqoladan Konqoya qədər cənubda yaşayan bu ququkimilər dəstəsinə aid olan qırmızı pipikli turakolar həm irəli, həm də geriyə dönə bilən  barmaqlara sahibdir. 


Turakolar əksər hallarda ağacların çətirində yaşayır və nadir hallarda yerə enir. Quş yaxşı uçur və ağacdan-ağaca yaxşı hoppanır. 


Qırmızı pipikli Turakonun qida rasionuna: meyvələr, giləmeyvələr, toxumlar və böcəklər daxildir.
Bəzən qırmızı pipikli Turako otuza yaxın fərddən ibarət böyük qruplarda yaşayır. 


Çoxalma zamanı onlar monoqamiyanı saxlayırlar və ciftləşmə zamanı qırmızı rəngli turakoların erkəkləri dişilərə qida daşıyırlar. İki quş birlikdə yuva qurur. Dişi və erkək turakolar növbə ilə qırt yataraq yumurtadan bala çıxarırlar. Yetkin quşlar növbə ilə gənc quşları bəsləyirlər və 4 həftədən sonra balalar tamamilə tüklənərək yuvanı tərk edirlər.