Xəbərlər

Balaca oxucular üçün yeni nağıl kitabı çap olunub

Balaca oxucular üçün yeni nağıl kitabı çap olunub.

 

Uşaq yazarı Mehriban Nağıyevanın müəllifi olduğu kitabda dörd nağıl yer alıb. “Qumru quşu”, “ Uzunqulağın əhvalatı”, “Dəcəl çəpiş”, “Ay səni tülkü lələ” uşaqların böyük marağına səbəb olacaq. Bu kitab müəllifin sayca yeddinci kitabıdır. “Bakı Uşaq Nəşriyyatı”nda çap olunan kitabın tərtibatçısı Rəşid Qasımov, rəssamı Meri Hüseynzadədir. Kitabı Bakı və regionlarda yerləşən kitab mağazalarından əldə edə bilərsiniz.