Xəbərlər

Tibb Universitetinin əməkdaşları şagirdlərə sağlam qidalanmadan danışırlar

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları şagirdlər arasında “Sağlam qidalanma, zərərli qidalar” mövzusunda maarifləndirmə seminarları keçirirlər. 


ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarlarda səmərəli qidalanmanın əhəmiyyəti, faydalı və zərərli qidaların uşaq orqanizminə təsiri, sağlamlığının qorunması istiqamətində biliklər verilir.


Tədbir Bakı şəhəri  məktəblərində “Sağlam Təhsil- Sağlam Millət” layihəsi çərçivəsində təşkil olunur. Tədbirlərdə kafedranın əməkdaşları -  dosentlər Zöhrə İsmayılova, Sədaqət Həsənova, Nigar Süleymanzadə, assistent İradə Mustafayeva və baş laborant Nərminə Məmmədzədə iştirak edirlər.