Təbiət

Qızılı çay qabanı

Afrikada yaşayan, böyük bir qismi Qvineya və Konqoda yayılmış Qızılı çay qabanı, donuzkimilər fəsiləsinin bir üzvüdür. Ona həmçinin kolluq donuzu da deyirlər. Ancaq bu canlını, ümumi adı kolluq donuzu olan Potamochoerus larvatusla qarışdırmamaq lazımdır. 

 

Cəngəlliklərdə nadir hallarda görünən qaban çaylar və ya bataqlıqlara yaxın ərazilərə üstünlük verir. Qızılı çay qabanı qızılı-qəhvəyi xəzə, qara ayaqlara və kürəyi boyunca uzanan ağ zolaqa sahibdir. Yetişkin qabanın çənə, yanaq və göz ətrafı ağ, ağzın geri qalan hissələri isə qaradır. Bu qabanların çənəsində bədənlərinin digər bölgələrinə nisbətən daha çox tük var. Erkək qabanların bığları mövcuddur. 

 

Afrika bölgəsinə məxsus digər donuz növlərindən fərqli olaraq, qızılı çay qabanının bədəni bütünlüklə tüklə örtülüdür. Yetkin qabanın ağırlığı 45-115 kq, uzunluğu 100-145 sm, hündürlüyü 55-80 sm, quyruq uzunluğu isə 30-45 sm olur. 

 

Gözləri nazik uzun, uzunluğu 12 sm-ə qədər uzana bilən, qara və ağ rəngli tüklüdür. Üzünün sümüklü çıxıntısı digər erkəklərlə baş-başa mübarizədə, üz vətərlərini zədələrdən qoruyur. Canlının qida ehtiyatına bildiyimiz hər şey daxildir. Yəni, onlar bitki kökləri, meyvə, ot, quş yumurtası, həşərat, kərtənkələ, ölü heyvan və bitki qalıqları ilə qidalanır. Qida axtararkən burnu ilə torpağı iyləyir, ön ayaqları ilə qazır.

 

Gecə heyvanı sayılır. Tərkibində 6-10 qabanın olduğu kiçik sürü halında yaşayırlar. Bu sürü bir erkək qaban, dişilər və onların balalarından ibarət olur. Erkək öz sürüsünü yaxınlaşan bütün təhlükələrdən, yırtıcılardan, xüsusilə leopardlardan çox aqressiv şəkildə qoruyur. Bu qabanların bala vermə dövrü fevral və iyul ayları arasındadır. Balalar doğularkən 650-900 qr ağırlığında, tünd qəhvəyi, sarı zolaq və xallı olur. Bu qabanlar vəhşi təbiətdə 15il ərzində yaşaya bilir.