Xəbərlər

Məktəb seçiminə başlanılır

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini həyata keçirə bilərlər.

 

Qeyd edək ki, birinci sinfə qəbul prosesi sentyabrın 14-dək davam edəcək. Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.