Xəbərlər

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunması 1998-ci ildə Braziliya Lorinqologiya və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.

 

2002-ci ildən Amerika Baş və Boyun Cərrahiyyəsi Akademiyasının təşəbbüsü ilə hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Həmin günün əsas məqsədi ictimaiyyəti səsin insan həyatındakı rolu və əhəmiyyəti, səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdən ibarətdir.

 

Müasir cəmiyyətdə səs emosional kommunikasiyada əhəmiyyətli rol oynayan bir vasitədir. Məsələn, bir insan digərini öz səsi ilə valeh edə, qıcıqlandıra və ya sakitləşdirə bilər. Səsin gündəlik həyatımızda və işimizdəki vacibliyi yalnız səsdə problemlər yarananda dərk edilir. Gözlər qəlbin aynası olduğu kimi, səs də ruhin güzgüsüdür. İnsanın səsini eşidərək yaşı, cinsi, emosional vəziyyəti, xarakteri haqqında ilkin məlumat yaranır. Bu baxımdan səsi insanın vizit kartı da adlandırırlar.