Bu maraqlıdır!

Misirdə 2500 il əvvəl dəfn edilmiş 59 sarkofaq aşkar edildi

Misir arxeoloqları son illərin ən böyük tapıntılarından birini elan etdilər: Qahirədən təqribən 32 kilometr cənubda yerləşən Saqqara yaxınlığında yerləşən fironlar məzarlığında 2500 il əvvələ aid 59 sarkofaq aşkar ediblər. Yeni tapıntılar bu bölgədə ən böyük arxeoloji kəşf sayılır. Tapılan sarkofaqların əksəriyyəti firon Coserin dövrünə aiddir. Məhz həmin dövrdə ilk ehramların tikintisinə başlanılıb. 


On bir metr dərinlikdə tapılan və içərisində mumiyalar olan sarkofaqlar müxtəlif rənglərdə naxışlar, habelə heroqliflərlə bəzədilib.


Arxeoloqlar tapıntıları KİV nümayəndələrinə təqdim etdilər və eyni zamanda sarkofaqlardan birini mətbuatın iştirakı ilə açdılar. Sarkofaqın içərisində parlaq heroqliflə bəzənmiş dəfn paltarına bükülü mumiyalanmış qalıqlar aşkar edilib.


Misirin Qədim Abidələr Şurasının məlumatına görə, parlaq şəkildə bəzədilmiş sarkofaqlarda keşişləri, yüksək rütbəli məmurları və son dövrün zadəganlarının nümayəndələrini (M.Ö. 664 - 525) mumiyalayıb dəfn edirdilər.


Tədqiqatçılar hesab edir ki, mumiyalama zamanı onların beyni dəliklərdən xüsusi üsulla çıxarılıb.


Ayrıca, arxeoloqlar Saqqara nekropolun əsas tanrısı sayılmış Ptah-Sokarın 28 heykəlciyini və Nefertum tanrısının qiymətli daşlarla bəzədilmiş 35 santimetrlik bürünc heykəlciyini tapıblar.


Kəşf həm də muzeylərin və arxeoloji sahələrin bağlanmasına səbəb olan Covid-19 epidemiyasından sonra ilk böyük kəşf oldu. Bundan əlavə, arxeoloqlar ümid edirlər ki, mumiyaları olan saysız-hesabsız sarkofaq hələ də Coser ehramının ətrafında gizli qalmaqdadır. 


3 min il öncə fironların və ailə üzvlərinin dəfn məkanı olan Saqqara bölgəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.