Xəbərlər

Ən böyük şokoladın çəkisi təxminən 6 tondur

İyulun 11-də şirniyyat sevənlər Dünya Şokolad Gününü qeyd edirlər. 1995-ci ildə təsis edilən bu günü fransızlar “fikirləşmişlər”.


Deyilənə görə, şokolad düzəltməyi  ilk dəfə asketlər  öyrənmişlər. Onlar şokoladı “allahların qidası” adlandırırdılar.  Şokoladı ilk dəfə Avropaya gətirən konkistadorlar isə bu təamı “qara qızıl” adlandırmışlar. Onlar  güclü və dözümlü olmaq üçün şokolad yeyirdilər.


Şokolad ovqatı yüksəldir. Alimlər sübut etmişlər ki,  şokoladda orqanizmə rahatlıq gətirən, insanın psixoloji bərpasına kömək edən elementlər vardır.


Maraqlıdır ki, ABŞ-da Dünya Şokolad Günü ilə bərabər, iyulun 7-də və oktyabrın 28-də başqa ümummilli şokolad günləri də qeyd edilir.


Şokolad təbiətdə parlaq yarpaqları və sarı çiçəkləri olan kiçik ağacdır. Ağac ilboyu narıncı-sarı rəngli uzunsov meyvələr  gətirir. Meyvələrin uzunluğu 30 santimetr, diametri 10 santimetr,  çəkisi isə 300-600 qramdır. 
Hazırda dünyada ən böyük şokoladın çəkisi təxminən 6 (5 792,5 kq) tondur. Onu  hazırlayan Böyük Britaniyanın “Thorntons”  şokolad istehsalçısı “Ginnesin  rekordlar kitabı”nda  dünya rekorduna imza atmışdır. Eni də, uzunu da dörd metr olan nəhəng şokolad dünya şöhrətli bu şirkətin 100 illiyində nümayiş etdirilmişdir.