Bu maraqlıdır!

Suyun altında biz nəfəs ala bilirikmi?

İnsan bir çox quruda yaşayan heyvanlar kimi atmosferdəki hava ilə nəfəs alır. Bizim tənəffüs sistemimiz ancaq yerüstü həyat üçün uyğunlaşıb, ona görə də insan suyun altında nəfəs ala bilmir, nəfəs alan zaman ağciyərə hava əvəzinə su daxil olur və insan boğulur.


Beləliklə, insan suyun altında çox az müddətə, ağciyərlərindəki hava qurtarana qədər qala bilir; nəfəs alan zaman aldığımız oksigen ehtiyatı bizə su altında bir neçə metr üzməyə imkan verir.


Suyun dərinliyinə girmək və orada uzun müddət qalmaq üçün insana özü ilə oksigen ehtiyatı götürməyə imkan verən xüsusi aparatlar lazımdır.