Şeirlər

Fikrət Sadıq. Say

Saya bilmir
Hәlә Mәlәk
Bir kәlmәni neçә dәfә
Sadalayıb—
Sayırsa o,
O qәdәr dә
Sayır demәk.


«Bu, bir çiçәk»,
«Bu, bir çiçәk»,
«Çiçәk-çiçәk»—
Yәni oldu iki çiçәk.


«Bu, bir bәbә»,
«Bu, bir bәbә»,
«Bu da biri»...
«Bәbә, bәbә, bәbә» deyә
Mәlәk saydı bәbәlәri.


Naxır keçir...
Di say görәk!
«İnәk, inәk, inәk, inәk».
«Qaşqa inәk»,
«Sarı inәk»,
«Ala inәk»,
Saya bilmir
daһa Mәlәk.
Tez çağırır anasını
Ana, tez gәl,
say, öyrәnәk