Təbiət

Səhralar

Biz səhraları isti yer kimi təsəvvür edirik, lakin onlardan bəzilərində çox soyuq olur. Səhralar quru olur. İllik yağıtısı 25 sm-dən az olan ərazilər, məsələn Antarktika səhradır.


Soyuq ərazilərdə qış dondurucu, yay qaynar olduğu halda, isti səhralarda həmişə istidir. Burada buludluluq az olduğundan rütubət çox azdır. Gecələr bulud qatı olmadığından temperatur kəskin aşağı düşür. 


Saquaro kaktusu dünyada ən hündür bitkilərdən biridir və 12 metrə qədər boy ata və 200 ilə qədər yaşaya bilər. Yalnız Arizona, Kaliforniya və Şimali Meksikada rast gəlinir. O, digər kaktuslara nisbətən daha çox su tələb etsə də, şaxtaya şifayət qədər dözümlüdür. 


Bəzən nadir və güclü yağış yağarkən səhra çiçəklərə bürünür. Bu toxumların uzun müddət- bəzən illərlə hərəkətsiz qalması ilə bağlıdır. Yağış yağarkən isə onlar cücərir, çiçəkləyir və yeni toxumlar əməmlə gətirir.


Kaktus bitkisinin “gövdəsi” əslində şişkin, su saxlama sistemidir. “Tikanlar” bir növ ən kiçik suyun belə buxarlanmasına imkan yaradan yarpaqlardır. Bəzi səhra bitkilərində yarpaqlar suyu sovurur və ehtiyat saxlayır ki, bunlar da sulu yarpaqlar adlanır.


Səhralar su ehtiyatının kasad olduğu müxtəlif landşaftlarda formalaşmışlar. Üzərində kifayət qədər bitki örtüyü olmadığından səhralar eroziya və aşınmaya meyllidirlər. Eləcə də, kəskin temperatur dəyişkənliyi daşların parçalanmasına səbəb ola bilər. 


Qum təpələri - Erq adlanan böyük “qum dənizi yaradır”. Külək onlara zərif formalar verir. 


Tağlar - eroziya və qum fırtınaları silsilə qayaları dəlməklə tağlar əmələ gətirə bilərlər. 


Yer - təbii duzlar daşları bir-birinə sementləməklə səhra betonu əmələ gətirirlər. 


Büt - yaylanın hamar yüksəklik və dik kənarlar yaradacaq şəkildə eroziyası zamanı əmələ gəlir.



Güclü və quru küləklər səhra boyunca əsərək qum buludlarını daşıyaraq görmə dərəcəsini demək olar ki, sıfıra qədər azaldırlar. Yollar və bulaqlar, adətən, tamamilə dolur və güclü fırtına heyvanları və insanları susuzlaşdıra və hətta boğa bilər. Qum fırtınaları saatlarla davam edir və hətta bəzən günlərlə də davam edə bilər. 


Həşəratlardan və sürünənlərdən tutmuş iri məməli heyvanlar da daxil olmaqla, bütün səhra heyvanlarında səhranın ekstremal şəraitə uyğun xüsusiyyətlər formalaşmışdır. Bəziləri suyu yediyi qidadan əldə etdiyi halda, digərləri isti günlərdə yatırlar.


Səhra tülküsünün böyük qulaqları ona ovun yerini müəyyən etməyə kömək edir. Eləcə də iri gövdəsi onun istidən qorunmasına imkan verir.


Ərəb dovşanları özlərini yer altındakı yuvada gizlədərk sərin saxlayırlar.


Tikanlı iblis su çəkən kağız kimi suyu sovuran dəriyə malikdir.