Təbiət

Freqat quşu

Tropik və subtropik iqlimlərdə, xüsusən də Qalapaqos adalarında yaşayan freqat quşları dəniz quşları kimi təsnif edilir. Onlar uzun qanadları və uzun dimdikləri olan Hava Piratları kimi də tanınırlar.


Onlara bəzən "‘Man 'o War"quşları deyilir, çünki uçarkən digər quşlara hücum etməyi sevirlər və hətta bəzən onların qidalarını oğurlamağa çalışırlar.


Freqatların canlı beş növü var. Yaşamaq üçün ümumiyyətlə dəniz sahillərinə və mümkün qədər kiçik və yaşayış olmayan adalara üstünlük verirlər. Yuvalarını qurmaq üçün alçaq ağacların, kolların və bəzən yerdəki qayaların zirvələrinə üstünlük verirlər. Yuvalarını qurarkən birlikdə işləyirlər. Buna görə onların sosial olduğunu demək olar.


Freqat quşlarının ən diqqət çəkən xüsusiyyətləri, şübhəsiz ki, onların görünüşüdür. Bütün növlərin lələklərində əsas rəng qaradır. Ton baxımından qara, mavi və ya yaşıl rəng seçilir. Dişilərdə və gənc quşlarda qarın altındakı lələklər ağ rəngdədir. Eynilə, baş ağdır. Erkək Freqat quşlarının sinəsində parlaq qırmızı kisəsi var. 


Onlar qırmızı kisələrini şişirdikdə özlərini daha gözəl və cazibədar hiss edirlər. Dişilərə özlərini bəyəndirməyə çalışırlar. 


Qırmızı kisələrdən sonra Freqat quşlarının digər təsir edici xüsusiyyəti onların uçmaq bacarığıdır. 230 sm-ə qədər olan böyük qanadları sayəsində saatlarla, günlərlə və hətta həftələrlə havada qala bilirlər. Freqat quşu hər iyirmi dörd saatlıq uçuşun orta hesabla 42 dəqiqəsini yuxuda keçirir.