Bu maraqlıdır!

Neft kəməri

Emal edilmiş neftin və bəzi başqa məhsulların lazımı yerə çatdırılması üçün neft kəməri adlanan nəhəng polad borulardan istifadə edilir. Qaynaq vasitəsilə birləşmiş boru açıq havada və ya torpağın altında uzanıb gedir. Boru kəmərlərinin çirklənib tutulmaması üçün onları mütəmadi təmizləyirlər. Qazların ötürülməsi üçün qaz kəmərlərindən istifadə edililir.  


Azərbaycanın üç əsas ixrac boru kəməri var: Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri, Bakı-Novorossiysk neft boru kəməri və Bakı-Supsa neft boru kəməri.