Bu maraqlıdır!

Yollar necə çəkilir

Müasir texnikanın gücü ilə və lazım olan materiallar olduqda indiki vaxtda şose və ya dəmir yolunun çəkilməsi, baxmayaraq ki, çox baha başa gəlir, o qədər də çətin iş deyil. 


Ancaq ən çətin onun keçəcəyi yerlərdən tikintinin bərk süxur üzərində aparılması, yerə uyğunlaşdırılması, relyefin elementlərinin nəzərə alınması, yolun nəqliyyat üçün təhlükəsiz olması və ərazinin bitki örtüyünə və faunasına zərər vermədən edilməsidir. 


Şosenin və dəmir yolunun gedəcəyi marşrutun dəqiqləşdirilməsi üçün yol mühəndisləri yuxarıda göstərilən faktorları nəzərə alaraq, bütün alternativ variantları yoxlayaraq trasın gedəcəyi yeri təyin etməlidirlər. 


Yerin coğrafi xüsusiyyəti seçdiyimiz yerə gedən yolun üzərində maneə ola bilər. Dağ, sərt qaya, çay və ya dəniz yollarının çəkilməsində ciddi problemlər yarada bilər. Ona görə də insanlar bu problemlərin müxtəlif həllərini fikirləşiblər. Bizi bu cür problemlərdən azad etmək üçün körpülər və viaduklar tikir, dağlardan tunellər qazırlar. Tunel tikintisi çətin və təhlükəli işdir: ekskavasiya və torpağın çıxarılması, divarın üzlənməsi, hasarlanma və işıqlandırma qurğularının quraşdırlması tələb olunur.