Bu maraqlıdır!

Gəmilər qitəni dolanmadan keçə bilərmi

XIX əsrin sonlarına qədər Aralıq dənizi limanlarında Hind okeanına gedən gəmilər bütün Afrika qitəsini dövr etməli idilər. Bu cür Uzun və baha başa gələn yolu qət etməmək üçün Misiri kəsib keçərək Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirəcək Süveyş kanalının qazılmasına qərar verildi.

 

İşlərin görülməsi fransız mühəndisi Ferdinand de Lessepsə həvalə edildi, sonralar o, Mərkəzi Amerikadan texniki cəhətdən daha çətin olan belə bir layihəyə, Panama kanalının tikintisinə rəhbərlik edib.