Bu maraqlıdır!

Niyə yarış avtomobillərinin hündürlüyü azdır

Yarış avtomobillərinin yarışlarda sürəti saatda 300 km-ə qədər qalxa bilər. Bu cür sürətdə yüngül çəkisini nəzərə alsaq, mümkündür ki, avtomobil təyyarə kimi torpaqdan ayrılıb havaya qalxsın. 


Bu baş verməsin deyə çox aşağı, yerə yaxın aerodinamik avtomobil gövdəsi hazırlayırlar. Beləliklə, avtomobilin altına daha az hava daxil olur və yapışma kimi sorma effekti yaranır, bu isə enli və böyük təkərlərlə birlikdə avtomobilin asfaltdan aralanmağına mane olur.