Şeirlər

Xəlil Rza Ulutürk. Təbəssüm

Atama üz tutub bir gün fərəhlə
Görün nə söylədim zarafatyana:
– Ata, gəl özün də, etiraf elə,
Dünyada hər şeydən şirindir ana!


Hanı elə şair, elə bir rəssam
Dilində gəzməsin ananın adı?
Eşidib bu sözü sevindi anam:
Gülən gözlərində şəfəq parladı.


Atamsa əl vurub onun çiyninə,
Dedi: – Bahar gülün, gül baharındır.
Ay oğul, bənd olma elə şeylərə,
Elə analar da atalarındır!