Şeirlər

Cavid Musa. Futbol

Gəlin, uşaqlar,
Oynayaq futbol.
Rəqib qapıya,
Vuraq çoxlu qol!

 

Doğru pas ötür,
Aldadıb sağ-sol
Endir zərbəni,
Nə gözəl bir qol!

 

Hesabı artır,
Bir, iki, üç, dörd.
Qoy azərkeşlər,
Sevinsin bol-bol.