Xəbərlər

“Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında konsert keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında musiqili tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinfi, “Sədəf” xalq çalğı alətləri ansamblı, oğlanlardan və qızlardan ibarət rəqs kollektivləri çıxış edib.

 

Konsertdə “Qaytağı”, “Nəlbəki”, “Şuşanın dağları”, “Şələqoy”, “Qaval”, “Lakkuti”, “Şənlik”, “Yaşa” rəqsləri, “Bayatı-Şiraz”, “Söz olmasaydı”, “Bulaq üstə”, “Qarabağ”, “Ey Azərbaycanım” və digər musiqilər ifa edilib.

 

Mədəniyyət və incəsənət xadimləri, şəhid ailələrinin və qazilərin övladları və digər qonaqlar konsert proqramını izləyiblər.