Xəbərlər

Milli Xalça Muzeyində uşaqlar üçün Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, muzeyin Uşaq şöbəsinin təşkil etdiyi tədbirdə “Şuşa, zəfərin mübarək!” adlı kölgə teatrı tamaşası göstərilib, İnnovasiya Tədris Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət “Zəfər bizimdir!” adlı sərgi təşkil olunub. Burada “Şuşa qalası”, “Xarıbülbül” suvenir xalçalarının hazırlanması üzrə ustad dərsləri, “Zəfər bizimdir!” adlı bayram konserti keçirilib. Həmçinin 132-134 nömrəli təhsil kompleksinin VI sinif şagirdlərinin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun iştirakı ilə tamaşa nümayiş etdirilib.

 

Fərqli maraqlara uyğun hazırlanan, əyləncəli, maarifləndirici və zəngin proqramı olan tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.