Uşaq yaradıcılığı

Nurayın göy aləmi

Tanış olun! Bu Əmirova Nuraydır – bizim “Uşaq yaradıcılığı” rubrikasının birinci qəhrəmanı. Nurayın 5 yaşı var. O, Bakının Nizami rayonundakı 309 nömrəli uşaq bağçasının yuxarı qrupunda oxuyur. Balaca olduğuna baxmayaraq, Nurayın çoxsaylı maraqları var. O, rəsm dərnəyinə gedir, üzgüçülüklə məşğul olur, velosiped sürməyi xoşlayır. Amma onun ən sevdiyi məşğuliyyəti rəqsdir. Nurayın rəqs üçün cürbəcür paltarları var. O, anası illə birlikdə növbəti rəqs çıxışı üçün paltar fikirləşir və tikir. Nuray, həmçinin mətbəxdə anasına və nənəsinə də həvəslə kömək edir. Biz bu gün sizi onun rəsm əsərləri ilə tanış edəcəyik.