Mədəni irsimiz

Qoçbuynuz Xanlıq xalçası

Qoçbuynuz Xanlıq xalçası Qarabağ qrupunun xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən biridir.

 

XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər", "Qoçbuynuz xanlıq", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. 

 

Sürməyi yerlikli bu xalçanın əsas bəzəyini ara sahədəki iki stilizə edilmiş “bağa” təsvirləri təşkil edir. Qarabağ xalçaları üçün xarakterik olan bu elementlər özünəməxsus tərtibatı ilə seçilir. Şəkəri yerlikli haşiyə “mollabaşı" adlanan elementlərlə bəzədilmişdir. Haşiyəni daxildən “siçandişi”, xaricdən “S”ə bənzər elementlərlə bəzədilmiş mədail əhatə edir. Ara sahənin boşluqları gül, çiçək və digər klassik elementlərlə doldurulmuşdur. Xalça yüksək keyfiyyətli əl üsulu ilə əyrilmiş və təbii boyaqlarla boyanmış iplərdən toxunmuşdur.

 

"Qarabağ xalçaları" biblioqrafiyası