Xəbərlər

Məktəblilərin qış tətilinin vaxtı açıqlanıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayacaq.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, qış tətili yanvarın 27-dən 31-dək (5 gün) olacaq. Fevralın 1-i ikinci yarımilin ilk dərs günüdür.