Bu maraqlıdır!

Böyük Mavi Çuxur-Beliz

Böyük Mavi Çuxur, Mərkəzi Amerika ölkələrindən Belizenin sahil ərazisində yerləşən böyük sualtı dəlikdir. Bu çuxur Belizdən 70 km uzaqlıqda,  Laythauz sualtı qayalarının mərkəzində yerləşir. O dairəvi formada olub, diametri , 318 m-dir.

 

Alimlər bu çuxurun Buz dövründə- təxminən 153000, 66000, 60000, və 15000 il əvvəl, dəniz səviyyəsinin aşağı olduğu dövrdə, bir mağara olaraq yarandığını, yavaş-yavaş dəniz səviyyəsinin yüksəlməsi ilə sular altında qaldığını və təzyiqə tab gətirməyən mağara tavanının çökməsi ilə meydana gədiyini deyirlər. Bir zamanlar Maya sivilizasiyasının bir hissəsi olan bölgənin yerli xalqı, bu açıqlamanı qəbul etsə də, mağarada yaşayan tanrıların insanlardan inciyərək oranı tərk etməsi nəticəsində tavanın çöktüyünə inanırlar. Tanrıların bölgəni tərk etdikdən sonra bəlaların artdığını söyləyən xalq Böyük Mavi Çuxura hələ də bir məbəd kimi sitayiş edirlər. Bəziləri isə gecələr çuxurun gümüşü rəngdə olduğunu deyirlər.  Böyük Mavi Çuxur YUNESKO-nun Dünya Mirasları Siyahısında Beliz sualtı qayalarının qorunması sisteminin bir hissəsidir.


Çuxur, elm adamı Jak İv Kusto tərəfindən dünyada məşhurlaşmışdır. O, buranı dünyanın ən yaxşı beş dalğıc ərazisindən biri adlandırmışdır. 1971- ci ildə çuxurun qrafikasını çəkmək üçün öz gəmisini buraya gətirmişdir. 1997-ci ildə çuxurun dərinliyini ölçən Kambriyen Fondu onun 124 m olduğunu söyləmişlər.