Təbiət

Qırmızı quyruqlu qara kakadu

Qırmızı quyruqlu qara kakadu və ya Benks  Matəm kakadusu (lat. Calyptorhynchus banksii) kimi tanınan tutuquşu Avstraliya və Tasmaniyada rast gəlinir. Quşa ad - İngilis təbiətşünası Cozef Benksin şərəfinə verilmişdir.

 

Bu quş orta ölçüdədir, çəkisi təxminən 500-800 qramdır. Lələklərindəki fərqli bir neçə rəng istisna olmaqla, erkəklər və dişilər demək olar ki, bir-birlərindən fərqlənmirlər. Erkək tutuquşu qara rənglidir, quyruğunda qırmızı lələkləri var, dişi fərd isə başdan ayağa tünd lələklərə sahibdir, lakin başında və qarnında parlaq sarı lələkləri var.

 

Bu tutuquşuların çox uzun və iti qanadları, çox güclü pəncələri, geniş və uzun quyruğu var. Dimdiyi böyük və əyridir.

 

Gənc erkək kakaduların yetkinləşənə qədər dişilərlə eyni rəngdə olması diqqət çəkir. Və yalnız dörd yaşlarında yetkin olurlar və rənglərini dəyişdirirlər.

 

Bu quşlar çox sosialdır və kifayət qədər böyük sürülərdə yaşayırlar. Hər sürünün xüsusi bir kəşfiyyatçısı olur, hansı ki qida axtarışı məqsədilə əkin sahələrində kəşfiyyat işi ilə məşğul olur və sonra bütün sürünü həmin sahəyə toplayır. Əsasən fıstıq və qarğıdalı sahələrinə hücum edirlər və yerli sakinlərin məhsulu tez-tez bu kakadu sürülərinin basqınlarından əziyyət çəkir.

 

Toxum, qoz-fındıq, meyvə, çiçək, böcək və onların sürfələri, dənli bitkilər, taxıl, nektar, giləmeyvə ilə qidalanırlar. Ağacların başında, bəzən yerdə qidalanırlar.

 

Sıx tropik meşələrdə yaşayırlar. Bacarıqlıdılar, amma ağaclara yavaş-yavaş dırmaşırlar, yerdə isə çox ləng və yöndəmsizdirlər.

 

Evkalipt və digər ağacların boşluğunda yuva qururlar, altına yarpaq və çeynənmiş budaq düzürlər. Yuvanın dərinliyi 2 metrə qədərdir. Benks matəm kakadusu ömür boyu bir çift olur. Dişi yalnız bir və ya iki yumurta qoya bilər, ancaq yalnız bir bala böyüdə bilər. Dişi 30 gün ərzində yumurtaları inkübe edir, erkək isə onu bəsləyir. Bala kakadu təxminən bir aydan sonra yumurtadan çıxır və yalnız üç aydan sonra tüklə örtülür. Bütün bu müddətdə bala kakadu yuvada oturur və valideynlər onu bəsləyirlər. Növbəti dörd ayda valideynləri onu qidalandırmağa və müstəqil olmağı öyrətməyə davam edirlər.

 

Bu quşlar istini sevmirlər və evkalipt ağaclarının kölgəsində gizlənməyi üstün tuturlar.

 

Ev şəraitində nadir hallarda əhilləşdirilir. Qırmızı quyruqlu qara kakadunun "danışıq nitqini" öyrənmə qabiliyyəti zəif inkişaf etmişdir. Bu quş, təbiət həvəskarları tərəfindən, əsasən lələyin gözəl rəngi üçün saxlanılır.

 

Kakaduların müntəzəm ovlanması və vurulması səbəbi ilə onların sayı kəskin şəkildə azalmışdır. Hazırda yerli səlahiyyətlilər tutuquşunun qorunması ilə məşğul olurlar. İndi onları tutmaq və ya Avstraliyadan çıxarmaq qəti qadağandır. Ancaq onlardan əziyyət çəkən fermerlər atəş üçün xüsusi lisenziya almaq hüququ var. Ancaq basqın qrupunu məhv etmək üçün yox, yalnız o "kəşfiyyatçı"nı vurmağa icazələri var.

 

Qırmızı quyruqlu qara kakadu uzun ömürlü quşdur, belə ki, 100 ildən çox yaşayır.