Təbiət

Planetin ən yaşlı canlısı: Nəhəng tısbağa Conatan

Bu gün planetimizdə, Müqəddəs Yelena adasında yaşayan 182 yaşı olan nəhəng tısbağa Conatan-ən yaşlı heyvan kimi tanınır. Cənub Atlantikasının tropik adası beş nəhəng tısbağanın yaşayış yeridir. Conatan isə onların arasında ən yaşlısıdır. 

 

Müqəddəs Yelena adasının ətraf mühitinə uyğunlaşan, Seyşel adalarına məxsus bu nəhəng tısbağa Katarakta (Mirvari suyu) səbəbindən kor olub, həmçinin qoxu bilmə hissini itirib. Müqəddəs Yelena adası Conatanın doğma yaşayış yeri deyil. 1882-ci illərdə Seyşel adalarından Müqəddəs Yelenaya gətirilib. Qeydlərə görə, başqa üç tısbağa ilə birgə Conatan adaya gətirildikdə 50 yaşlarında idi. 

 

1930-cu illərdə, Müqəddəs Yelenanın qubernatoru Ser Spenser Devis, bu böyük tısbağaya Conatan adını verib. Conatan hal-hazırda bir zamanlar qubernatorun evi, indi isə Yelena hökümətinin mülkiyyətinə məxsus təsərrüfatda yaşayır. Nəhəng tısbağanın dəqiq yaşı həmişə tədqiqatçılar və tarixçilər arasında bir araşdırma mövzusu olub.


1886-cı ildə çəkilən bir şəkildə iki kişi qarşısında duran böyük bir tısbağa var. 5 dekabr 2008-ci ildə İngilis Daily Mail qəzetində nəşr olunan bir hekayədə, şəkildəki böyük tısbağanın əslində Conatan olduğu iddia edildi. Tədqiqatçılar deyir ki, əgər Conatan fotoşəkil çəkildiyi vaxtda 70 yaşındadırsa, onda o iki əsr və bu yeni minillikdə yer səthində yaşayan ən uzun ömürlü heyvandır. 

 

Conatan yer səthində yaşayan ən uzun ömürlü heyvan olsa da, rekord ona məxsus deyil. Bu rekordun sahibi, 1965-ci ildə Tonqa Krallığında, 189 yaşında ölən və Ginnesin Rekordlar Kitabına düşən Tui Malila adlı tısbağaya aiddir. Həmçinin Hindistanın Kəlkətə şəhərində Alipore zooparkında 2006-cı ildə ölən Aldabra nəhəng tısbağası olan Advaytanın 255 yaşında olduğu iddia edilmişdi. Buna baxmayaraq, onun yaşı rəsmən təsdiqlənməmişdir. 

 

Başqa bir uzun ömürlü tısbağa Harriet, deyilənlərə görə Çarlz Darvinin 1835-ci ildə adaları ziyarət edərkən, qayğısına qaldığı Qalapaqos adalarından olan tısbağaydı. Harriet, 2016-cı ildə 175 yaşında, Avstraliya əsirliyində ölmüşdü.