Xəbərlər

Smartfonlar uşaqlarda nitq pozğunluğu yarada bilər

Bakı, 24 noyabr, AZƏRTAC


Smartfonlar uşaqların gec danışmasına səbəb olan böyük təhlükədir.


AZƏRTAC xəbər verir ki, bunu uşaq nevrologiyası mütəxəssisi Adnan Ayvaz deyib. O bildirib ki, 2 yaşından əvvəl uzun müddət bu cür cihazlara aludə olan uşaqlarda nitq pozğunluğu baş verir.


Televizor, planşet, smartfon telefonlar və digər elektrik cihazları uşaqların nitqinin gec inkişaf etməsinə səbəb olur. Onlar şahid olduqları hər hansı bir hadisə barədə fikirlərini bildirmək üçün çox enerji sərf edirlər, lakin bu cihazlar onların öz fikirlərini ifadə etməsinə əngəl yaradır. Odur ki, iki yaşadək kimi uşaqların belə cihazlardan uzaq tutulması vacibdir.