Xəbərlər

Paytaxt məktəblisi Avropa çempionu olub

Bakı, 24 noyabr, AZƏRTAC

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 220 nömrəli məktəb-liseyin səkkizinci sinif şagirdi Rəsul Cəfərli karatenin kyokuşin növü üzrə XXXI Avropa çempionatında birinci yeri tutub. BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəbli Polşanın Firinovski şəhərində çəkisi 50 kiloqramadək olan 12-13 yaşlı idmançı oğlanlar arasında təşkil edilən yarışda bütün rəqibləri üzərində qələbə qazanıb. 

 


R.Cəfərli kubok, medal və diplomla təltif olunub. 

 


Qeyd edək ki, R.Cəfərli karatenin kyokuşin növü üzrə 2016-cı ildə Macarıstanda keçirilən dünya çempionatında üçüncü, 2017-ci ildə Türkiyədə təşkil olunan beynəlxalq turnirdə birinci yerə layiq görülüb. Gənc idmançı karatenin kyokuşin növündə dünya üzrə 12-13 yaşlı 10 ən yaxşı idmançının yer aldığı sıyahıya daxil edilib.