Sambo üzrə Bakı birinciliyinə yekun vurulub

Bakı, 26 fevral, AZƏRTAC

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində 2005-2006-cı il təvəllüdlü samboçular arasında paytaxt birinciliyi keçirilib.

 

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, birincilikdə 13 çəki dərəcəsi üzrə 148 samboçu mübarizə aparıb.

 

Yarışda Yusif Kərimov (24 kq), Fərid Nağıyev (26 kq), Ziyəddin Zeynallı (28 kq), Yusif Əliyev (30 kq), Rövşən Mahmudov (32 kq), Qəzənfər Kazımlı (35 kq), Hüseyn Hüseynov (38 kq), Kənan Məmmədli (41 kq), Nurlan Nəcəfov (45 kq), Nihad Əlizadə (49 kq), Uğur Cəfərov (53 kq), Mircəlal Əhmədov (57 kq) və Fuad Abbasov (57 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar.

 

İlk üç yeri tutmuş idmançılar baş idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.