Xəbərlər

Ailəvi nağıl-tamaşa nümayiş olunacaq

Bakı, 9 aprel , AZƏRTAC

 

İyunun 3-də Bakıda, Heydər Əliyev Sarayında 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün  ilk dəfə "Вечеринка у Монстров" ("Monstrlarda yığıncaq") adlı ailəvi tamaşa-nağıl keçiriləcək.

Heydər Əliyev Sarayından AZƏRTAC-a bildirilib ki, Rusiyanın sevilən teatr və kino ulduzları Yeqor Salnikov və Andrey Sviridov parlaq və baxımlı çıxışları ilə uşaqları sevindirəcək və gözəl əhvali-ruhiyyə bəxş edəcəklər. Həmçinin, tamaşada sirk artistləri tryuklar və illuziyalar ilə çıxış edəcəklər.