Bu maraqlıdır!

Nauru - Dünyanın ən kiçik paytaxtsız müstəqil respublikasıdır

Nauru - Sakit okeanın qərbində, Mikroneziyanın cənubunda yerləşən ada dövlətdir (Şərqində Yeni Qvineya yerləşir, Ekvatorun və Marşall adalarının cənubundadır).

 

Adanın sahəsi 21,3 km² təşkil edir. Əhalisinin sayı 13 528 nəfərdir. Müstəqilliyi 1968-ci ildə elan edilib. 


Nauru Respublikasında rəsmi bir paytaxt və ya şəhər yoxdur, sadəcə müəyyən bölgələr var.


Nauru dünyada ən kiçik müstəqil respublikası və ən kiçik ada dövlətidir. Köhnədən Pleasant Adası olaraq tanınıb.


Ən yaxın qonşusu 300 kilometr şərqində yerləşən Kiribatinin Banaba adasıdır. Banada 306 km şərqdədir və Kiribatiyə məxsusdur. 


Nauru, 21 kvadrat kilometr sahə ilə dünyanın ən kiçik ada ölkəsi, həmçinin Vatikandan sonra ən az əhaliyə sahib müstəqil respublikasıdır. Keçmişdə Nauru üzərində 12 qəbilə var idi və indi rəsmi bayraqlarındakı 12 bucaqlı ulduz da bu qəbilələri təmsil edir.


Adanın daxilində azca duzlu şirinsulu göl vardır (Buada gölü). Göl əvvəllər bir laqun olmuşdur. Şimalında isə Anabar gölü yerləşir. Ada Ekvatordan 42 km cənubda yerləşir. 


Naurunun mərkəzində quş tullantılarından ibarət Guano ehtiyatları var. Bu ehtiyatlar fosfat və kalium baxımından zəngindir. Adanın iqtisadi qaynaqları az qala hamısı kimyəvi maddələrdən ibarətdir. Buradan gələn gəlir səhiyyə və təhsil xərclərində istifadə edilir. Lakin Guano tükənmək təhlükəsi ilə üz-üzədir.