Bayatılar

Sayaçı sözlər

Səlam-əleyk say bəylər,
Bir-birindən yey bəylər!
Saya gəldi gördünüz,
Salam verdi aldınız
Alnı təpəl qoç quzu
Sayaçıya verdiniz.

 

Siz sayadan qorxmusuz,
Səfa yurda qonmusuz,
Səfa olsun yurdunuz,
Ulamasın qurdunuz.
Ac getsin avanınız
Tox gəlsin çobanınız.

 

Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər!
Əzəl atasın deyim,
Sonra anasın deyim.


Qoyun var, kərə gəzər.
Qoyun var, kürə gəzər.
Gedər dağları gəzər.
Gələr evləri bəzər.