Xəbərlər

Musiqi məktəbində 28 May- Respublika Gününə həsr olunmuş konsert keçirilib

Bakı, 25 may, AZƏRTAC


28 May- Respublika Günü münasibətilə Bakı Şəhər  Mədəniyyət Baş İdarəsinin "L.və M.Rostropiviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi"ndə konsert keçirilib.


Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Musiqi məktəbinin şagirdlərinin ifasında səsləndirilən Ü.Hacıbəyli “Arazbarı”, T.Quliyev “Bakı haqqında mahnı”, C.Cahangirov “Ana”, Ə.Əzizov “Skertso”, A.Rzayev “Düşüncə”, F.Şopen “İnqilabi etüd”, Şostakoviç “Rəqs”, P.Sarasate “İntroduksiya - tarantella” dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Tədbir iştirakçıları arasında Bakı Şəhər  Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları, məktəbin şagird və müəllim kollektivi olub.

 

Konsert  Tanrıverdiyeva Məleykə və Tağıyeva Günelin ifasında R.Məmmədovun “Yaşa mənim xalqım” mahnısı ilə sona çatıb.