Xəbərlər

Şagirdlərə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti haqqında məlumat verilib

Bakı, 25 may, AZƏRTAC

 

Bakının Nəsimi rayonunda yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdləri mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar. Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.

 

Şagirdlər əvvəlcə ADNSU-nun tarix muzeyində neft tarixinə və bu ali məktəbə aid eksponatlarla tanış olublar. Tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev məktəblilərə universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında ətraflı məlumat verib.

 

Daha sonra şagirdlər universitetin mineralogiya muzeyi, elektromexanika kafedrası, həmçinin kimya laboratoriyası ilə tanış olublar.