Xəbərlər

Rus Dram Teatrı uşaqlar üçün maraqlı tamaşalar təqdim edəcək

Bakı, 29 noyabr, AZƏRTAC


Əziz uşaqlar! S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının dekabr ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik: 


2 dekabr – "Nağılı tap–1";
3 dekabr – "Gəlin, nağıla baxaq";
9 dekabr – "Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl";
10 dekabr – "Nağılı tap–5";
16 dekabr – "Anam, atam və mən!"
24 dekabr – "Güləbətin tikən qız və süpürgəçi";
30-31 dekabr – "Üç donuz balası, Qırmızı papaq və boz canavarlar".


Tamaşalar saat 12:00-da başlanır.