Xəbərlər

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş rəsm-sərgi müsabiqəsinə yekun vurulub

Sumqayıt, 14 iyun, AZƏRTAC

 

Sumqayıtdakı Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş rəsm-sərgi müsabiqəsinə yekun vurulub.

 

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışaraq, sərginin keçirilməsində məqsədin istedadlı və yaradıcı gəncləri aşkara çıxarmaq, qabiliyyətlərini nümayiş etdirə bilmələri üçün şərait yaratmaq və asudə vaxtlarını səmərəli təşkil etmək olduğunu bildirib.

 

Daha sonra Gənclər Evinin direktoru Pəri Vəliyeva və "Nigart” dərnəyinin rəhbəri Nigar Qurbanova müsabiqəyə təqdim olunmuş əsərlər haqqında məlumat verərək, bu kimi rəsm sərgilərinin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

 

Sərgidə əl işləri nümayiş olunan 20 müəllifin hər birinə Baş İdarənin sertifikatları verilib.