Xəbərlər

Liseylərin V sinfinə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb

Bakı, 6 iyul, AZƏRTAC


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTI) tabeliyindəki liseylərin V sinfinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.


BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, liseylərin V sinfinə qəbul üçün müsabiqədə 1 421 nəfər iştirak edib. Onlardan 880-i Texniki-Humanitar Liseyə, 122-si 2 nömrəli Texniki-Humanitar Liseyə, 225-i 147 nömrəli Texniki-Humanitar Liseyə, 194-ü isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün müsabiqəyə qatılıb.


Valideynlər müsabiqənin nəticələri barədə məlumatı müraciət etdikləri təhsil müəssisələrindən öyrənə bilərlər.