Təbiət

Narval: Təkbuynuzlu delfin

Narval vəya digər adıyla Dənizgərgədanı (Monodon monoceros) ağızdan bayıra çıxan böyük dişə sahib olan orta ölçülü delfindir. Qış mövsümü də daxil olmaqla, ömürlərini ancaq arktik bölgədə keçirən tək balina növüdür. Narval ağ balina (Belugalar) kimi təkbuynuzlular fəsiləsinin nəsli kəsilməmiş iki növündən biridir.


Təbiətdə 50 yaşına qədər yaşaya bilən narvalların təxmini olaraq, erkəkləri 4,6 metrə boya, dişileri isə 4 metrəyə qədər uzana bilirlər. Təxmini olaraq erkəklər 1600, dişilər isə 1000 kg ağırlığa çata bilir. Bu canlıların ən diqqət çəkici xüsusiyyəti isə orta yaşlı erkəklərdə üst çənənin sol tərəfində, dodağın yuxarısında 3 metr uzunluğunda düz spiralvari dişə sahip olmalarıdır. 


Narvalların dişləri həyatları boyu böyüyür və təxminən 1.5-3.1 metr uzunluğuna çatır. O, içiboşdur və 10 kiloqram ağırlığındadır. Təxminən 500 erkəkdən birində iki uzun diş var və bu sağ köpək dişi dodaqlardan çölə böyüyəndə baş verir. Dişilərdə bəzən uzun diş böyüyür; dişilərin təxminən 15 faizində uzun diş inkişaf edir və dişilərin uzun dişi zəif nəzərəçarpan spiralla erkəklərinkindən kiçik olur. Dişilərdə də ikinci uzun diş inkişaf edə bilər, ancaq belə hadisə yalnız bir dəfə qeydə alınıb. Uzun dişlər arxadan, aşağıdan və yandan morfologiya və histologiyada fərqlənən kiçik dişlərlə əhatə edilir. Bu kiçik dişlər rudimentdir və bəzən sümükdən xaric edilə bilər. Narvalın ağızı, əsasən, dişsiz olur.


Narvalların bel üzgəci yoxdur. Onların fəqərə sümükləri başqa məməlilərinki kimi qoşulub, delfinlərdəki və balinalardakı kimi birləşməyib.


Narvallar adətən Qrenlandiya, Kanada və Rusiya ətrafındakı arktik sularında yaşadığına görə  Arktika yırtıcısı olaraq tanınırlar. Narval 1758-ci ildə Karl Linney tərəfindən Systema Naturae çapında təsvir edilmiş bir çox növdən biridir. Narval, əsasən, Atlantik okeanında və Şimal Buzlu Okeanının Rusiya hissəsində müşahidə edilir. Nümayəndələr Hudzon körfəzinin şimalında, Hudzon boğazında, Baffin körfəzində, Qrenlandiyanın şərq sahillərində və Qrenlandiyanın şimal ucundan şərqi Rusiyaya (170° Şərq) qədər keçən zolaqda qeydə alınıb. Onlar dəniz səviyyəsindən 1500 metr aşağıda həyatda qala bilirlər.


Qışda narvallar bentik bölgələrdə sıx axın buzları altındakı kambalakimilərlə qidalanırlar. Yay ərzində narvallar əsasən arktik treskası və Qrenlandiya paltusu yeyirlər. Qütb treskası kimi digər balıqlar da onların qidasının qalan hissəsini təşkil edir. Hər il yay gələndə onlar körfəzlərdən okeana hərəkət edirlər. Qışda erkək narvallar bəzən 1500 metr dərinliyə qədər suya baş vururlar və bu 25 dəqiqəyə qədər davam edir. Digər bir çox dişli balinalar kimi narvallar da "şaqqıldatmalar", "fıştırıqlar" və "zərbələr"lə ünsiyyət qurur.


Narvallar, əsasən, 5-10 nəfərlik qruplarda birləşirlər və yay xaricində bəzən qrupdakı üzvlərin sayı 20-ə qədər artır. 


Dəniz suyu donanda onlar tez-tez boğulmadan ölürlər. Ölümün başqa səbəbi xüsusilə gənc balinalar arasında aclıqdır. Hal-hazırda narvalların sayı 75 mindir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin araşdırmasına görə narvallar nəsli kəsilmə təhlükəsinə yaxın olan növ olaraq təsnif edilir.