Təbiət

Saksoniya Kralı Cənnət Quşu

Saksoniya Kralı Cənnət Quşu (King of Saxony bird-of-paradise-Pteridophora alberti) cənnət quşları fəsiləsindəndir. Onlar Pteridophora monotik cinsinin (monotypic genus- yalnız bir növü olan nəslə monotipik deyilir) yeganə üzvüdür.


Bu quş Yeni Qvineyanın dağlıq meşələrinə məxsusdur. Amma Qərbi Yeni Qvineyanın Veyland dağlarından Kratke silsiləsinə, Papuadan Giluve dağlarına qədər dəniz səviyyəsindən 1300–2850 m yüksəkliklərə yayılmışlar. Ümumiyyətlə dəniz səviyyəsindən 1800–2500 m yüksəkliklərdə yaşayırlar.


Saksoniya kralı cənnət quşu 1894-cü ilin dekabrında  ilk dəfə Drezden Muzeyində 30 il işləyən Adolf Bernard Meyer tərəfindən “British Ornithologist's Club” dərgisində qeyd olunub. Quşa verilən hər iki ad- ümumi ad Saksoniya Kralı və elmi spesifik adı "alberti" Saksoniya kralı Albertin şərəfinə qoyulmuşdur. Kralın həyat yoldaşı da öz adını Cənnət quşlarının bir növü olan Queen Carola's parotiaya vermişdir. Bu quşların erkəkləri çıxardıqları yüksək səslərə görə Qərbi Yeni Qvineya və Papua yerliləri tərəfindən "Kiss-a-ba" və ya "Leme" adlandırılır. 

 

Yetişkin bir saksoniya kralı quşunun uzunluğu təxminən 22 sm-dir. Erkəklər tünd-qəhvəyi gözlü, qara və sarılı lələkli, qəhvəyi-boz ayaqlı, qara dimdikli (dimdiyin içi dəniz yaşılı rəng) və iki çox uzun mavi tonlarda baş lələkli olur. Lələklərin uzunluğu 50 sm-ə qədər olur. Dişilər isə bozumtul-qəhvəyi rəngdə və bəzəksiz olur. Erkəklərin baş lələkləri o qədər qəribədir ki, hətta bu quşlar ilk dəfə Avropaya gətiriləndə başlarındakı bəzək tüklərinin saxta olduqları düşünülüb. Saksoniya kralı quşları yerlilər tərəfindən ovlanılır. Ovlanmağının səbəbi isə uzun baş tüklərinin dini ayinlərdə istifadə edilməsidir. Çox ovlanmasına baxmayaraq, nəsli kəsilmə təhlükəsi altında deyil. Bu quşlar meyvələr, giləmeyvələr və həşəratlarla qidalanırlar.