Görkəmli şəxsiyyətlər

Migel de Servantes

İspan yazıçısı, şair və dramaturqu Migel de Servantes 1547-ci il sentyabrın 29-da Alkala de Enares adlı kiçik Kastiliya şəhərciyində, Rodriqo de Servantesin ailəsində dünyaya gəlib.


Yazıçının həyatının ilk illəri haqqında az məlumat var. Həyatının çoxunu ailəsi ilə şəhər-şəhər gəzib. 1569-cu ildə Servantes İtaliyaya köçüb. 1575-ci ildə quldurlar tərəfindən əsir alınıb. Sonralar o, Madridə qayıdıb. Onun Kastiliyanı tərketmə səbəbləri naməlumdur. 1585-ci ildə Servantes “Qalateya” adlı pastoral roman, 1605-ci ildə “Don Kixot”un birinci hissəsini, sonralar müxtəlif hekayələrini “Qaraçı qız”, “Qan gücü”, “Ledi Korneliyanın romanı”, “İtlərin söhbəti”, 1615-ci ildə isə “Don Kixot”un ikinci hissəsini yazıb. 


“Don Kixot” Lamançlı Don Kixotun macəralarından ibarət iki hissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yeri tutub. Bu roman klassik Qərb və dünya ədəbiyyatının ən yaxşı romanlarından biri sayılır. Onun bədii üslubu ispan dilinin inkişafında mühüm rol oynayıb. Servantes həm də lirik şeirlər müəllifidir. Lope de Veqadan əvvəl onun dramları ispan ədəbiyyatında böyük hadisə olub. 


Görkəmli ədib 1616-cı il aprelin 23-də 68 yaşında Madriddə vəfat edib.